Ermənistanda müəllim və tələbələrin olduğu avtobus dərəyə yuvarlandı

Ermənistanda məktəbli avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə cümə günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 14:20-də Qafan polis şöbəsinə PAZ markalı avtobusla yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

“Saat 16:10-a olan məlumata görə, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1970-ci il təvəllüdlü vətəndaş dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.

Mediada yayılan məlumata görə, müəllim və tələbələrin olduğu avtobus Qafan-Araçadzor avtomobil yolunun hərəkət hissəsindən çıxıb və dərəyə yuvarlandıqdan sonra çaya düşüb.

Qəza nəticəsində 53 yaşlı qadın dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib. /Oxu.az/

Mənbə: “Sputnik” Ermənistan

Rəylər

Aşağıdakı məlumatları qeyd edin