Paşinyan korrupsiyadan danışdı, məmurları hədələdi

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində korrupsiya ilə bağlı vəziyyətdən danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bu haqda söz açıb.

 

"Ermənistanda sistematik korrupsiya yoxdur. Mövcud korrupsiya işlərinə baxılır", - deyə söyləyən Paşinyan bildirib ki, onların içində baş nazirin özünün təyin etdiyi şəxsləri də görür.

 

Paşinyan səs-küylü işlərdə hakimiyyət nümayəndələrinin də həbs olunduğunu xatırladıb: "Buna görə də toxunulmazlar yoxdur".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin