Lavrovla Mirzoyan Novruz bayramı günü görüşəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfər tarixi açıqlanıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Bildirilib ki, martın 20-də Rusiya XİN başçısı Sergey Lavrov paytaxt Moskvada ermənistanlı həmkarı ilə görüşəcək və danışıqlar aparacaq.

 

Tərəf beynəlxalq və regional gündəmi, həmçinin ikitərəfli gündəliyə daxil olan mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcəklər.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin