Ermənistanla Yunanıstan hərbi əməkdaşlıq edəcək - Saziş imzalandı

Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq haqqında yeni saziş imzalayıb.

 

Bu barədə "Sputnik Armenia" Ermənistanın Afinadakı səfirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, sənəd mütəxəssislərin birgə hazırlanmasını, xüsusi təyinatlıların tədrisini və təcrübə mübadiləsini ehtiva edir.

 

Həmçinin hər iki tərəfi maraqlandıran məsələlər üzrə görüşlərin və danışıqların aparılması nəzərdə tutulub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin