Ermənistanda siyasi gərginlik-deputatı belə qandalladılar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatın qaşına tikiş qoyuldu, müxalifətçi deputat qaçıb gizlənsə də, onu həbs etdilər

Ermənistanda siyasi gərginlik artıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “ Vətəndaş Müqaviləsi” partiyasından olan deputat  Valadimir Vardanyan döyülüb. Musavat.com erməni mənbələrinə istinadən xəbər verir ki, insident Milli Assambleyada-parlamentdəki müzakirələr zamanı baş verib. Başqa bir mənbə parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin qapalı iclası zamanı olub.  Məlumatda bildirilir ki, “Ermənistan” fraksiyasının deputatı Mher Saakyanın  Vardanyana hücum edərək ona müxtəlif bədən xəsarətləri yetirib.   “Mher Saakyan Vladimir Vardanyana hücum edib və ona müxtəlif xəsarətlər yetirilib. Həkim nəzarətinə alınan deputat qaşına tikiş qoymaq lazım gəlib.  Müxalifətçi deputat davadan sonra  qaçaraq Milli Assambleyanın kabinetlərinin birində gizlənib.  

Mher-Sahakyan_Vladimir-Vardanyan.jpg (22 KB)

Hadisə ilə bağlı “Hayastan” müxalifət fraksiyası da açıqlama verib. Bildirilir ki, Vardanyan özü  “Hayastan” fraksiyasının deputatı Mher Saakyana hücum edib, onu təpikləmək istəyib.  Bildirilir ki, bundan sonra hüquq-mühafizə orqanları müdaxilə edərək deputat Mher Saakyanı Milli Assambleyanın binasında axtarmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Mher Saakyanı fraksiyanın kabinetindən qolunu buraraq zorla aparıblar. Milli Assambleyanın spikeri Alen Simonyan da həmin zaman otaqda olduğu deyilir.  Parlamentdə olan jurnalistlər bildiriblər ki, deputatın kabinetindən qışqırıq səsləri eşidilib, Alen Simonyan jurnalistlərin ərazidən çıxarılmasını əmr edib. 

Hakim Mülki Müqavilə Partiyası parlament fraksiyasının rəhbəri Hayk Koncoryan feysbuk səhifəsində insidentlə bağlı məlumat yayıb.  Hayk Koncoryan bu hadisəni “biabırçı xuliqanlıq”, “cinayət əməli” adlandıraraq ona hüquqi qiymət verilməsinin vacib olduğunu vurğulayıb.

eüfüefüef.jpg (108 KB)

Qeyd edək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalifət olan “Ermənistan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. Onun başçısı Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyandır. Başqa bir müxalif fraksiya isə “Şərəf duyuram” adlanır. Ona Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edir. Hər iki fraksiyanı Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan dəstəkləyir.

Qeyd edək ki, martın 15-də də Ermənistan parlamentində daimi komissiyanın iclası zamanı əlbəyaxa dava düşüb.  Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sisak Qabrielyan Ermənistandan Türkiyəyə ixrac edilən xam qızılın həcmindən narahatlığını bildirib. Sonra o, qəfil ayağa qalxaraq Ermənistan müxalifət blokunun deputatı Tadevos Avetisyanın üstünə gedib.  Orada olan deputatlar həmkarlarını sakitləşdirməyə çalışsalar da, nəticəsiz qalıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin