Paşinyanın deputatı: "Müxalifət sistemli fiziki zorakılığa keçib

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı, Vahan Aleksanyan müxalifətin son zamanlarda sistemli fiziki zorakılıq aktlarına əl atdığını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Vahan Aleksanyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın iclasında bildirib.

“Əvvəlcə dövlət və hüquq komissiyasının sədri Vladimir Vardanyana hücum çəkildi. Bir gün əvvəl spiker Alen Simonyanla insident baş verdi, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana fiziki zorakılq cəhdi olub. Bu hadisə bizi belə qənaətə gətirir ki, cümə günü baş verən hadisə (V.Vardanyanın deputat Mher Saakyan tərəfindən vurulması nəzərdə tutulur, həmin hadisədən sonra Saakyan hamının gözü önündə iclasdan qaçmışdı) sadəcə olaraq xuliqanlıq deyil, diqqətlə planlaşdırılmış hərəkətlər silsiləsində ilk addım idi”, - deyə o, qeyd edib.

Aleksanyan spiker və baş nazirin oğlu ilə bağlı insidentlərin səbəbkarlarını “şərəfli son” gözlədiyini söyləyib. O, müdafiə və təhlükəsizlik komissiyasının iclasında müxalifətdən olan deputatların iştirak etməməsini təbii saydığını vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin