Erməni deputatlar bir-birini hədələdi - "Peşman olarsan"

Ermənistan parlamentdə ombudsman vəzifəsinə namizədlərin müzakirəsi gərgin şəraitdə gedir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hakim partiya müxalifətdən olan komissiya rəhbərini iclas keçirmək səlahiyyətindən məhrum etməklə hədələyib.

 

Belə ki, “Mülki müqavilə” partiyasının üzvləri insan hüquqlarının müdafiəsi komissiyasına rəhbərlik edən Taquhi Tovmasyanın iclası aparmasından narazıdır. Onların fikrincə, o, müxalifətin namizədi Edqar Kazaryanın təxribat xarakterli şərhlərinə cavab vermir.

 

Müxalifət namizədi Edqar Kazaryanın hakimiyyəti “cinayətkar rejim” adlandırmasından sonra mübahisələr yenidən güclənib. İqtidar partiyasının katibi Artur Ovanisyan cavab olaraq onu “kloun” adlandırıb və hədələyib: “Bir də belə danışsan, peşman olacaqsan”.

 

Hələlik ombudsman təyinatı ilə bağlı razılaşma əldə etmək mümkün olmayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin