Ermənistanda müxalif deputatın həbsi gerçəkləşə bilər-Rəsmi sorğu göndərildi

Ermənistanın baş prokuroru Anna Vardapetyan bu gün müxalifyönlü deputatın toxunulmazlığının qaldırılması üçün rəsmi müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş prokuror parlament sədri Alen Simonyana müxalifətdə olan “Hayastan” blokundan olan deputat Mher Saakyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 171-ci maddəsinin 2-ci hissəsinin 7-ci bəndi (xuliqanlıq motivləri ilə sağlamlığa yüngül zərər vurma) və 297-ci maddənin 1-ci hissəsi (xuliqanlıq) ilə cinayət işinin başlanmasına razılıq verilməsi ilə bağlı sorğu göndərib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də parlamentdə qapalı işçi müzakirəsi zamanı Saakyan Dövlət Məsələləri üzrə Daimi Komissiyanın sədri Vladimir Vardanyana qarşı aqressiv davranış nümayiş etdirib. Saakyan iclasın gedişində Komissiya sədrinin yanına gedib və sağ əli ilə onun sifətinə zərbələr endirib. Zərbə nəticəsində Vardanyana yüngül bədən xəsarəti yetirilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin