Rusiya-Ermənistan Universitetinin rektoru istefa verdi

Rusiya-Ermənistan (Slavyan) Universitetinin rektoru Armen Darbinyan vəzifəsindən istefa verib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Darbinyan özü sosial şəbəkələrdə məlumat verib.

 

O izah edib ki, səlahiyyət müddəti mayın 14-də başa çatır və yeni rektor seçkilərində iştirak etməyəcək: “İnanıram ki, yeni geosiyasi vəziyyətdə mənim namizədliyimlə bağlı yaxşı olmayan yeni problemlər yaranıb”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin