Ermənistan-Türkiyə sərhədinin yayda açılması planlaşdırılır - Rubinyan

"Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin yayda açılması planlaşdırılır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.

 

"Ermənistan tərəfi hazırda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin fəaliyyətə başlaması üçün texniki təchizat işləri aparır. İki ölkə sərhədində bu ilin fevralında bərpası razılaşdırılmış körpüyə gəlincə, işlərə hələ başlanmasa da, məsələ qüvvədə qalır", - deyə o bildirib.

 

Rubinyan həmçinin əmin edib ki, danışıqlar zamanı Türkiyə tərəfindən Azərbaycanla tezliklə sülh müqaviləsi imzalanması üçün heç bir təzyiq olmayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin