Almaniyadan Paşinyana sərt XƏBƏRDARLIQ

Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı qərbli həmkarları ona sərt xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzetində dərc edilən məqalədə bildirilir.

 

Nəşr qeyd edir ki, Paşinyana Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan yan keçməyə kömək edilməməsi barədə xəbərdarlıq edilib.  Məlumata görə, Paşinyan Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrinə, hökumət üzvlərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb.

 

Bildirilir ki, Rusiya Federasiyası ərazisinə texnoloji vasitələrin daşınmasının qarşısını almaq üçün hava limanında ciddi nəzarət tədbirləri həyata keçirilib.

 

Xatırladaq ki, Paşinyan martın 2-də Almaniyaya səfər edib. O, Berlində Almaniya kansleri Olaf Şolts və Prezident Frank-Valter Ştaynmayerlə görüşüb.

 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra bəzi erməni şirkətləri sanksiyalara məruz qalıb. 2022-ci ilin sentyabrında ABŞ Maliyyə Nazirliyi Ermənistanın “Taco LLC” təchizatçı şirkətinə sanksiya tətbiq edib. Bu şirkətə qarşı sanksiyaların tətbiq edilməsinin səbəbi Rusiya hərbi sənayesi üçün müxtəlif məhsulların təchizatı ilə məşğul olmasıdır.

 

Bundan başqa, Rusiyanın Qazprom şirkətinin Ermənistandakı törəməsi olan “Arekzimbank-Qazprombank” Rusiyadan qazın rublla alınması ilə bağlı köçürmə əməliyyatlarını həyata keçirdiyi üçün sanksiyalara məruz qalıb. Rusiyanın VTB Bankının Ermənistandakı törəməsi olan “VTB Bank Ermənistan” da Rusiya banklarına müxtəlif xidmətlər göstərməsi və pul köçürmələrini davam etdirməsi səbəbindən "qara siyahı"ya düşüb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin