İsveç qəzeti ermənilərin bayraq yandırmasından yazdı: "Barbariskt"

İsveçdə böyük tirajla çıxan və əksər Avropa ölkələrində yayılan "Aftonbladet" qəzeti İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ermənilərin Azərbaycan bayrağını yandırmasını "barbarlıq" adlandırıb.

"Yeni Müsavat" qəzetinin hazırda İsveçdə yaşayan keçmiş əməkdaşı Rahib Kazımlının sosial şəbəkədə yaydığı məqalədə qeyd olunur ki, ağır atletika üzrə Avropa çempionatının mərasiminin təşkilinə kömək edən şəxs bayrağı yandırıb və nəticədə bu akt Azərbaycan millisinin evə getməsinə səbəb olub.

Qəzetin müəllifi Conatan Pineyro Diamant qeyd edir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər Dağlıq Qarabağ bölgəsindəki münaqişə səbəbindən gərginləşib.

33322.JPG (50 KB)

 

Qəzet Azərbaycan bayrağını yandıran şəxsin polis tərəfindən həbs edildiyini, ancaq qısa müddət sonra heç bir ittiham irəli sürülmədən sərbəst buraxıldığını qeyd edir.

Göründüyü kimi, ermənilərin vaxtaşırı törətdiyi bu kimi aktlar artıq onların beynəlxalq arenadakı reputasiyasını yerlə bir etməkdədir. Nə yazıq ki, özlərini hələ bunu anlamır və öz qisasçı, destruktiv, aqressiv mövqelərindən geri çəkilmək istəmirlər.

Aşağıda həmin yazının linki təqdim olunur:

 

https://www.aftonbladet.se/sportbladet/a/zEk2Kv/azerbajdzjan-lamnar-em-i-tyngdlyftning-i-armenien?fbclid=IwAR2cwVt36RvPfWpCNWUerX1wH_Y2AN88jsEvAcfRmckEFXPOulm1YFNd2J4

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin