Qriqoryan İrəvanda səfərdə olan ABŞ rəsmisi ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonla görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər birgə Ermənistan-ABŞ proqramlarının həyata keçirilməsini və bir sıra sahələrdə əməkdaşlığın mümkün perspektivlərini müzakirə ediblər.

 

Ermənistan-ABŞ əməkdaşlığının, o cümlədən regionda sabitliyin və sülhün təmin edilməsi kontekstində daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Qeyd edək ki, E.Olson İrəvanda səfərdədir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin