Gürcüstanda Ermənistanla bağlı sərhəd sazişi qüvvəyə minib

Gürcüstanda Ermənistanla sadələşdirilmiş sərhəd keçidi haqqında saziş qüvvəyə minib. Lakin Ermənistan hələ buna tələsmir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Məlumata görə, Ermənistan elektron şəxsiyyət vəsiqələrindən istifadə etməklə qonşu ölkəyə getmək barədə razılığa gəlmək üçün daxili prosedurları hələ başa çatdırmayıb.

 

"Sənəd indi Konstitusiya Məhkəməsindədir. Qanun qüvvəyə mindikdən sonra onun müddəaları XİN-in internet saytında dərc olunacaq", - deyə qeyd olunub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin