Baş nazir: Ermənistan vətəndaşları arasında Rusiyaya inam getdikcə azalır

Ermənistan vətəndaşları arasında Rusiyaya inamın səviyyəsi getdikcə azalır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

Ermənistan baş naziri sosioloji sorğuların son məlumatlarının bunu göstərdiyini söyləyib.

“Münasibət dedikdə təkcə ölkə liderləri arasında şəxsi münasibətlər nəzərdə tutulmur axı...”, - deyə Paşinyan qeyd edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin