Ermənistanda sabiq deputat axtarışa verildi - "Kokain işi"

Ermənistanda keçmiş deputat Mihran Poqosyan "kokain işi" üzrə axtarışa verilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Müstəntiqlərin fikrincə, bir vaxtlar Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinə rəhbərlik etmiş Poqosyan xüsusilə böyük həcmdə narkotiklərin qaçaqmalçılığında və satışında şübhəli bilinir.

 

Onunla birlikdə daha iki təqsirləndirilən şəxs də axtarılır və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin