ABŞ-ın erməni diasporu prezident Baydenə qarşı çıxdı-“Bizi satdın”

Amerika Erməni Milli Komitəsinin (ANCA) liderləri və tərəfdarları ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin ermənipərərst sədri Robert Menendez ilə görüşüblər. Həmin görüşdə ABŞ erməniləri senatordan qondarma “DQR”in tanınması üçün dəstək istəyiblər .

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə ANCA-nın mətbuat xidməti məlumat yayıb.

“ABŞ prezidenti Co Baydenin administrasiyası hazırda Qarabağı Azərbaycan Respublikasına “inteqrasiya” edəcək müzakirələrdə rəsmi Bakıya yardım edir. ANCA rəsmi surətdə Bayden administrasiyasının erməni problemləri ilə bağlı ehtiyatsız xarici siyasətinə qəti etiraz edir və Konqres liderlərini ikinci erməni soyqırımına (?) aparacaq siyasətdən əl çəkməyə çağırır”, - deyə Amerika Erməni Milli Komitəsinin açıqlamasında deyilir.

ANCA sədri Raffi Amparyan Robert Menendezi tərifləyib və onu qondarma “DQR”in “müstəqilliyinin” əsas dəstəkçisi adlandırıb. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin