Mirzoyan Ermənistanın diplomatik əlaqələrindən DANIŞDI

Ötən il ərzində Ermənistanda 2 diplomatik nümayəndəlik açılıb.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.

 

"İspaniya Krallığının və Dominikan Respublikasının səfirlikləri açılıb. İran İslam Respublikasının Qafan şəhərində baş konsulluğu da fəaliyyətə başlayıb. 2022-ci ilin dekabrına olan məlumata görə, Ermənistan Respublikasının 178 ölkə ilə diplomatik əlaqələri var. Slovakiya, Uruqvay və Serbiyada nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindən fövqəladə və səlahiyyətli səfir səviyyəsinə yüksəldilib", - nazir qeyd edib.

 

Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən danışan Mirzoyan bildirib ki, 2022-ci il ərzində Ermənistan Avstraliya, Yeni Zelandiya, Yamayka və Şimali Makedoniyada 4 yeni qeyri-rezident səfiri akkreditə edib: 

 

"Ümumiyyətlə, Ermənistan diplomatik nümayəndəlikləri dünyanın 90 ölkəsində eyni vaxtda akkreditə olunub. Ermənistanın 7 yeni fəxri konsulu da akkreditasiyadan keçib".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin