“Kyiv Diplomatic” nəşrində Laçın-Şuşa yolundakı aksiyadan bəhs olunub

Ukraynanın “Kyiv Diplomatic” nəşrində AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasına həsr olunan məqaləsi dərc edilib.

“Ekoloji terrora son qoyulsun!”: Laçın-Şuşa yolunda azərbaycanlı ekoloq və fəalların etiraz aksiyası davam edir” sərlövhəli məqalədə aksiyanın keçirilməsinə səbəb kimi Azərbaycanın işğaldan azad edilən ərazilərində təbii sərvətlərinin talan edilməsi göstərilib.

Məqalədə qeyd olunur ki, ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar “Qızılbulaq” qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca, aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. Etirazçılar üçün qurulmuş çadırlara isti yemək çatdırılır.

Müəllif vurğulayır ki, həmişə olduğu kimi, bu fakt erməni mənbələri tərəfindən kontekstdən çıxarılır və məlumatlar bilərəkdən təhrif edilir. Ermənistan mediası, o cümlədən sosial şəbəkələr və teleqram kanalları yorulmadan bu barədə dezinformasiyalar yayırlar. Bu dezinformasiya əsasında erməni mənbələri və xarici ermənipərəst dairələr guya “Azərbaycan Ordusu Laçın dəhlizinin qarşısını kəsib, Azərbaycanda yaşayan erməni əhalisinin qarşısını kəsib” kimi yalan məlumatlar yayıblar. Erməni dezinformasiya şəbəkəsi vətəndaş təşkilatlarının dinc aksiyasını az qala hərbçilərin hücumu kimi təqdim edir.

Ermənistan həmişə bu cür hərəkət etməyə çalışıb, lakin hər dəfə özünü çətin vəziyyətə salıb. Dünya ictimaiyyəti real vəziyyətin necə olduğunu bilmək istəyirsə, o zaman həmişə olduğu kimi, Azərbaycan mənbələrindən məlumat almalıdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin