Ermənistan-Gürcüstan dəmir yolu BAĞLANDI

Sel səbəbindən Ermənistan-Gürcüstan dəmir yolu bağlanıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ötən gecə güclü yağış nəticəsində dəmir yolunun Alaverdi-Axtala hissəsini su basıb. Bu səbəbdən Gürcüstan istiqamətində qatarların hərəkət sistemi pozulub.

 

Bundan başqa, İrəvandan Tbilisiyə gedən sərnişin qatar reysi də ləğv edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin