Armen Qriqoryan ABŞ-a gedir-Səbəb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına ölkənin Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin