Ermənistanda qızılcaya yoluxanların sayı 300-ə çatır

Ermənistanda qızılcaya yoluxanların sayı 299 nəfərə çatıb.

 

"Sputnik Armenia" xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, yoluxma halları bir həftə ərzində 9 nəfər artıb.

 

"8 nəfər xəstəxanaya yerləşdirilib, daha 169 nəfər artıq xəstəxanalardan buraxılıb", - deyə məlumatda qeyd olunub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin