Ermənistanda demoqrafik böhran - Əhali sürətlə qocalır

Ermənistan ciddi şəkildə demoqrafik problemlə üz-üzədir. Hətta Ermənistan əhalisi qocalmış ölkələr sırasında yer alır.


Bunu Qarabağdakı erməni separatçı dəstəsinin “parlament sədri” olduğunu iddia edən Artur Tovmasyan deyib.


Onun sözlərinə görə, Ermənistan demoqrafik böhranın astanasındadır.


"Birləşmiş Millətlər Təşkilatının rəyinə əsasən, yaşı 65 və yuxarı olan insanların sayının ümumi əhalinin 7%-dən çox olduğu ölkənin əhalisi qoca hesab edilir. Ermənistanda isə hazırda bu rəqəm 11-12 faiz təşkil edir. Beynəlxalq hesabatlar və statistik məlumatlar Ermənistanın demoqrafik böhranın astanasında olduğunu sübut edir", - deyə Tovmasyan vurğulayıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin