Ermənistan hakimiyyəti Livan ermənisini ölkəyə buraxmadı

Livandan olan erməni qadın Areni Markosyan Ermənistana buraxılmayıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə gecə saatlarında “Zvartnots” hava limanına gedən “Ermənistan” blokunun deputatları Kristin Vardanyan və Argişti Gevorqyan bildiriblər.

Jurnalist Hasmik Arakelyan Markosyanın hava limanını tərk etmədiyini və orada aclıq aksiyası keçirəcəyini yazıb. Çoxsaylı cəhdlər və zənglərdən sonra, təxminən 24 saatdan sonra Ombudsman Aparatı ilə əlaqə saxlanılıb. Yalnız bundan sonra Areni Markosyanın Ermənistan Respublikası üçün arzuolunmaz şəxslər siyahısına daxil edildiyi barədə məlumat verilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin