İranla Ermənistan arasında enerji sazişinin müddəti uzadıldı

İrəvan və Tehran elektrik enerjisi müqabilində qaz sazişini həcmləri artırmaqla 2030-cu ilə qədər uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Sənədi “Yerevan TES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çegeni imzalayıblar.

 

Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb: 

 

"Çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin