Prokurorluqdan Xocalıdakı hadisə ilə bağlı açıqlama

Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb. 

 

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin