Şuşaya qar yağıb

Şuşa şəhərinə qar yağıb.

"Report  xəbər verir ki, dünən günorta saatlarından başlayaraq yağan qar hazırda davam edir.

Yağıntı güclü olmadığından hələlik nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.

Qeyd edək ki, bu mövsüm Şuşa şəhərinə ilk qar noyabrın sonlarında yağmışdı.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin