Arayikdən mitinqdə ŞOK AÇIQLAMALAR: "Getmək istəyənlərə dəhliz açılacaq"

Dünən axşam Xankəndinin mərkəzində əhalinin kortəbii mitinqi keçirilib.

Turkustan.az xəbər verir ki, Aəzrbaycan sərhədçiləri 3 erməni futbolçunu bayrağımızı təhqir etdikilərinə görə yaxaladıqdan sonra Xankəndidə buna etiraz aksiyası keçirilib. Həmçinin, toplaşanlar "rəhbərlik"dən onları qarşıda nə gözlədiyi barədə açıqlama tələb ediblər.

Sonra qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanın da iştirakı ilə 5 saatlıq toplantı keçirilib.

Toplantıdan sonra gecə yarısı toplaşanların qarşısına çıxan Arayik Arutyunyan əvvəlcə bildirib ki, saxlanılan gənclərlə bağlı şad xəbər var, bunu valideynlərinə çatdıracaq.

Yaranmış vəziyyətlə bağlı danışan Arayik toplaşanlara belə deyib: "Biz təkik. Bizim nə dostumuz var, nə də dəstəyimiz. Biz bütün məsələləri birlikdə həll edəcəyik".

Çörək çatışmazlığı probleminə toxunaraq, bunun yaxın vaxtlarda öz həllini tapacağını söyləyib: "O ki qaldı bəzi şəxslərin Laçın dəhlizinin açılması və çıxışı ilə bağlı tələblərə, ictimaiyyətin geniş müraciəti olarsa, istəyənlərə dəhliz açılacaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin