Paris meri baş separatçı Araiklə birgə onlayn mətbuat konfransı keçirdi...

Azərbaycan torpağında Rusiyanın himayəsində bəslənən baş separatçı Arayik Arutyunyan və bu gün – avqustun 30-da Fransa şəhərlərindən Qarabağdakı hayklara göndərilən humanitar yüklə dolu 10 yük maşınını səhər saatlarında İrəvandan Laçın yolunun Ermənistan üçün başlanğıc nöqtəsi olan Gorunzur  kəndinədək müşayiət edən Paris meri Anne İdalqo birgə onlayn mətbuat konfransı keçiriblər.

Moderator.az xəbər verir ki, bu haqda Ermənistanın “Aysor” nəşri məlumat yayıb.

Paris meri canlı yayım zamanı Azərbaycana qarşı hədyanlar səsləndirərək hazırda Qarabağdakı ermənilərlə bağlı baş verənləri “soyqırımı” ilə müqayiisə edib. 

Xatırladaq ki, Qarabağdakı hayklara göndərilmiş humanitar yardım  Fransanın Paris şəhəri, İle de Frans, Auvergne-Rhone-Alp, Auvergne, Occitania, Luara bölgələri tərəfindən ayrılıb.

S.Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin