TDT-nin dövlət qurumlarının rəhbərləri Şuşada tarixi yerləri ziyarət ediblər

Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada “Güllələnmiş heykəllər”i ziyarət edib. 

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar həmçinin Şuşa qalasında olublar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov nümayəndə heyətinə Şuşanın tarixi, ziyarət olunan yerlər, işğal dövründə ermənilərin şəhərdə törətdikləri vəhşiliklər və hazırda həyata keçirilən tikinti-yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Ziyarətdən sonra diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumu keçiriləcək.

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin