Xüsusi nümayəndə: "Şuşada 7 tarixi abidə bərpa olunub, hazırda 10-u bərpa edilir"

"Hazırda Şuşada 10 tarixi abidə bərpa edilir".

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O qeyd edib ki, Şuşa şəhəri işğaldan azad ediləndən sonra şəhərin tarixi-mədəni irsinin bərpası istiqamətində vacib addımların atılmasına başlanılıb: "Hazırda bir çox dini abidələrin bərpası işləri aparılmaqdadır. Bu günə qədər 7 abidə bərpa olunub. Hazırda 10 tarixi əhəmiyyətli abidə üzrə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa işləri aparılır. Onların arasında 3 məscid də var. Oradakı işlər isə gələn ilin sonunda yekunlaşacaq".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin