Qarabağdakı ermənilərə nələr göndərilib... - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar məqsədlə ərzaq yükü göndərilib.

 

Qarabağa göndərilən yardımın tərkibi məlum olub.

 

Belə ki, ümumilikdə 4 maşın göndərilib. Onlardan ikisi çörək daşıyır, digər ikisində isə ümumi çəkisi 20 ton olan ərzaq və gigiyenik məhsullar var.

 

 

Yardım paketlərində un, çay, yağ, şəkər tozu, müxtəlif çeşidli konfetlər, makaron, vermişel, bulqur, qarabaşaq, düyü məhsulları olub.

 

Bundan başqa uşaq bezi, diş fırçası, sabun və s. gigiyenik məhsullar da göndərilib.

 

1281439

Rəylər

Aşağıdakı məlumatları qeyd edin