“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “ layihəsini uğurla icra edir

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin hazırlanması (Azərbaycan və İngilis dillərində) layihəsini icra edir
 

 Məlumat verdiyimiz kimi, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  layihənin icrasını həyata keçirir.

Hal-hazırda layihə uğurla icra olunur. Layihə çərçivəsində iştirak edəcək Azərbaycan Dillər Universitetində təhsil alan Türkiyə, Qazaxıstan, Pakistan, Çin, Özbəkstan, Türkmənistan və Əlcəzairdən olan əcnəbi tələbələrlə görüş keçirilmişdir. Onlara layihə haqqında geniş informasiya verilmişdir.

Həmin əcnəbi tələbələr Bakı şəhərinin Ramana, Pirşağı, Yasamal Mərdəkan qəsəbələrində, Binəqədi rayonunda məskunlaşan  Xankəndinin keçmiş məcburi köçkün ailələrinin məşəqətli həyatları ilə tanış olmuşlar.Həmin anlar 

“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli filmin hazırlanması üçün lentə alınmışdır.  Layihənin icrsı fəaliyyət praqpamına uyğun olaraq uğurla davam etdirilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin