Qarabağda bu qədər insan MİNAYA DÜŞÜB - ŞOK RƏQƏMLƏR

Azad edilən ərazilərdə mina qurbanlarının sayı 333 nəfərə çatıb.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə bağlı "X" hesabında yaydığı paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində mülki şəxslər minaya düşüb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin