Şuşa rayonunda Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında

2023-cü ilin yanvar-sentyabr aylarında Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən  103,3  faiz artaraq, 343447,7 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 11940,6 manat təşkil etmişdir. 

Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye müəssisələrinin işlərinin 55,4 faiz, tikinti-quraşdırma işləri üzrə 108,7 faiz artmasıdır. 

Məhsulun 4437,2 min manatı sənayedə, 6241,3 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 332300,7 min manatı tikinti-quraşdırma işləri sahəsində, 468,5  min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində olmuşdur. 

 

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı                                  min manatla

 

2023-cü ilin yanvar-sentyabr ayları faktiki,

min manatla

2022-ci ilin yanvar-sentyabr ayları faktiki,

min manatla

2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Sənaye4437,22047,9155,4
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq6241,37149,480,5
Tikinti quraşdırma işləri332300,7159224,8208,7
Nəqliyyat və anbar təsərrüfatı468,5494,594,7
YEKUN343447,7168916,6203,3

 

 

Şuşa Rayon Statistika İdarəsinin rəisi 

Anar Xəlilov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin