Rəşid Beqlaryan Zabuxda necə tutulmuşdu...

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xocalı soyqırımının törədilməsində iştirak etmiş Rəşid Beqlaryan haqda məlumat yayıb. Beqlaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunur.

O, azərbaycanlı əsirlərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə təqsirləndirilir.

1962-ci anadan olmuş Beqlaryan Rəşid Aramayisi 2023-cü il avqustun 1-də Laçın rayonunun Zabux kəndi ərazisində həbs olunub.

R.Beqlaryan həbs olunmazdan əvvəl keçmiş Əsgəran rayonunun Almalı kəndində (indi Xocalı rayonuna tabedir-red.) yaşayıb, son vaxtlar isə Şuşa rayonunun Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər) kəndində məskunlaşmışdı.

O, Qarabağdan Ermənistan ərazisinə qaçmaq istəyərkən Həkəri çayı yaxınlığında yaxalanmışdı.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin