Qarabağın 8 rayonunun inzibati ərazi bölgüsündə DƏYİŞİKLİK

Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının ərazisində dəyişiklik edilir.

 

Bununla bağlı “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentdə müzakirə olunacaq.

Məsələnin Regional məsələlər komitəsinin noyabrın 27-də saat 11:00-da parlamentin “Qarabağ” salonunda müzakirəsi baş tutacaq.

 

Qeyd edək ki, bundan əvvəl Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin