Dövlət Komitəsi məlumat yaydı

Bəzi mətbuat orqanlarinda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin digər quruma bir milyon manatdan artıq borcu olması haqqında məlumat
yayılıb.


Buna cavab olaraq bildiririk ki, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət
Komitəsinin heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur.


Məcburi köçkünlər isə kommunal xidmətlərə görə ödənişləri həmin xidmətləri göstərən
qurumlara abunə müqaviləsi və müvafiq sayğac göstəriciləri əsasında ödəyirlər.


Kommunal və digər xidmətlər üzrə ödənişlərin əvəzi olaraq məcburi köçkünlərə,
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli Fərmanına əsasən,
dövlət büdcəsindən vahid aylıq müavinət verilir.


Vahid aylıq müavinətdən təyinatı üzrə istifadə edilməsi ilə bağlı, Dövlət Komitəsinin
aidiyyəti şöbəsi, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri
tərəfindən məcburi köçkünlər arasında müntəzəm məlmatlandırma və təşviqat tədbirləri
həyata keçirilir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin