Şuşada 3500 manatlıq Yeni il şənliyi - Qiymətlər nəyə görə hesablanıb?

Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanlar üçün işğaldan azad olunan ərazilərə giriş üçün icazə məsələsi həll olunacaq. Şuşada qeyd edilən Yeni il şənliyinin qiymətləri isə sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı. Belə ki, həmin qiymətə Avropa turuna çıxıb bayramı qeyd edə biləcəkləri vurğulandı. 

Mövzu iləbağlı turizm üzrə ekspert Rəhman Quliyev Moderator.az-açıqlamasında bildirdi ki, Şuşada keçirilən Yeni il şənliyi turu paketi elə də  baha deyil: 

“Şuşa turu ilə bağlı ekspert araşdırması etdikdə aydın oldu ki, qiymətlər o qədər də baha deyil. Yeni ilə 20 gün var. Məsələ burasındadır ki, həmin tur paketin satışı heç bir turizm şirkəti tərəfindən həyata keçirilmir. Bu satışı otel və başqa bir təşkilatçı qurum tərəfəndən həyata keçirilir. Otellərin baha olması təşkilatçı qurumdan asılıdır. Otelin baha olması, oteldə göstərilən xidmətdən, təşkilatçı qurumdan, oteldə verilən qida məhsullarından, təşkil olunan ekslursiya turlarına görə hesablanır. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, qiymətlər çox da baha deyil. Yəni şişirdilmiş bir rəqəm deyil.

“Şuşa” oteli ən yüksək səviyyədə xidmət göstərən bir oteldir. Mən bir ekspert kimi digər bölgələrimizdəki otellərin əlamətdar gün üçün qoyduğu paketləri və xidmətləri araşdırdırdım. Müqayisə etdiyim zaman aydın oldu ki, Şuşada keçirilən yeni il şənliyinin tur qiyməti çox da baha deyil. Həm ekskluziv bir turdur, həm  də əlamətdar gündür. Bundan başqa nəinki Şuşaya Laçına və digər ərazilərə də tur təşkil olunur. Buraya əlavə ekskursiyalar, səhər- axşam yemək daxildir”. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin