“İşgaldan azad edilmiş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə hesabat dövründə görülən işlər haqqında geniş məlumat verib, plenum mövzusunun aktuallığından danışıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş şəhər və kəndlərin ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ən müasir və innovativ yanaşmaların tətbiq edildiyindən və hazırda bu layihələr əsasında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söz açıb.

Nəzərə çatdırılıb ki, son 5 ildə 22 şəhərin Baş Planı təsdiq edilib, 90 faizinin isə Baş Planı yenilənib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin