Talış kəndində “İdman gündəliyi” layihəsi icra edilib

Ağdərə rayonunun işğaldan azad olunmuş Talış kəndində “İdman gündəliyi” layihəsi icra edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində “Qayıdış Könüllüləri” Proqramının “Ağdam Könüllüləri” qrupu tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə baş tutan tədbirin məqsədi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində baş tutan tədbir hamının böyük sevincinə səbəb olub. Doğma yurdda uzun illər sonra ilk dəfə əlamətdar bayramları qeyd edən kənd sakinləri “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin təşkilatçılığı ilə keçirilən tədbiri böyük coşqu və minnətdarlıq hissləri ilə qarşılayıblar.

Proqrama uyğun olaraq futbol, basketbol, voleybol, stolüstü oyunlar və sair idman növləri üzrə yarışlar keçirilib. Tədbirin sonunda iştirakçılara həvəsləndirici mükafatlar və hədiyyələr təqdim edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin