Cocuq Mərcanlıda bayram sevinci

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

 Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə kənd sakinləri iştirak ediblər.

Milli birlik, mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirən Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbirdə əvvəlcə Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Daha sonra incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.

Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. Tədbirin sonunda uşaqlara hədiyyələr paylanıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin