Laçın-Xankəndi yolu: Fəallar tələblərində israrlı görünürlər

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya davam edir. 
AZƏRTAC xəbər verir ki, aksiya fəalları bu dəqiqələrdə də plakat qaldırıb, şüarlar səsləndirirlər.
Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Onlar tələblərində israrlıdırlar.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.

 

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin