Xankəndi və Şuşaya dəmir yolunun tikintisinə başlanılır?

"Deyilənə görə, Xankəndi və Şuşaya dəmir yolunun tikintisinə başlanılacaq. Şuşaya dəmir yolunu dağların dibiylə çəkmək mümkündür - dəmir yolu Xankəndidən sonra Daşaltıda nəfəs dərib Turşsuyacan çəkilə bilər. Turşsuda gözəl bir sanatoriya tikilər. Tarixən bu qəsəbədə, Turşsu bulağının ətrafında yay aylarında camaat çadır qurub yaşayardı"

Bu sözləri Mətbuat Şurasının idarə heyətinin sədri Rəşad Məcid "Moderator.az"-a açıqlamasında bildirib.

"Dəmir yolunun Daşaltı dayanacağından Şuşaya 5, Turşsu dayanacağından isə Laçına 20 kilometrlik məsafədir.

Biz son illər elə böyük xəyallarımızın reallaşdığını gördük ki, onların yanında bu arzunun gerçəkləşməsi xeyli adi görünür.

Bizim də dağların ətəyiylə, meşələrin içiylə keçən dəmir yolumuz niyə olmasın ki?!

Qalır "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşəbbüskarlığı və layihəni reallaşdırması.

Uğurlu olsun!".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin