Sülhməramlıların təminat maşınları aksiya ərazisindən maneəsiz keçdi

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

shushainfo.com AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 26-da Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha dörd təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

 

Qeyd edək ki, bu gün səhər saatlarında da Rusiya sülhməramlılarına məxsus təminat avtomobili Xankəndidən Laçın istiqamətinə doğru gedib.

 

Xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat aavtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin