İrəvan Bakıda saxlanılan erməni separatçıların və itkinlərin sayını AÇIQLADI

“Ermənistanın Xarici İşlər Nazirliyi hazırda Bakıda saxlanılan erməni hərbçilərin qaytarılması ilə məşğuldur”.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

“Təbii ki, Qırmızı Xaç ziyarətləri də olur”, - deyən nazirin sözlərinə görə, saxlanılanlar vaxtaşırı qohumları ilə əlaqə qururlar.

“Həmçinin, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi bir çox beynəlxalq instansiyalarda intensiv iş aparır. Əminəm ki, görülən işlər genişmiqyaslıdır və yaxın gələcəkdə beynəlxalq məhkəmələrin təsdiq etdiyi qərarlarla gəldiyimiz yeri təqdim etmək imkanımız olacaq”, - deyə o vurğulayıb.
 

Qriqor Minasyan hazırda Azərbaycanda neçə erməni separatçının saxlanıldığını açıqlamayıb, o, Ermənistan İstintaq Komitəsinin məlumatlarına əsaslandığını bildirib.
 

“Anlaşılmazlıq ola bilər, çünki Azərbaycan tərəfi onları hərbi əsir hesab etmir, Ermənistan tərəfinin isə fərqli yanaşması var, ona görə də Ermənistan İstintaq Komitəsinin təqdim etdiyi məlumatları rəhbər tutaq”, - deyə ədliyyə naziri bildirib.
 

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan bildirib ki, hazırda Bakıda Azərbaycanın təsdiq etdiyi 23 nəfər erməni məhbus (separatçı-red.) saxlanılır. Karamyan onlardan 17-sinin 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri zamanı saxlanıldığını açıqlayıb. 
 

Onun sözlərinə görə, erməni tərəfində 44 günlük müharibədən sonra 32 nəfərin itkin düşməsi barədə faktiki məlumat var.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin