Xudafərin qəsəbəsi belə olacaq

 

 Cəbrayıl rayonunun yenidən salınan Xudafərin qəsəbəsində tikinti işlərinə başlanılıb.  Tikinti işlərində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Xidmət  qəsəbənin konseptual layihəsi ilə bağlı fotoları da təqdim edib.

Qeyd edək ki, Xudafərin qəsəbəsinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Qəsəbə tarixi Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır.

Layihələndirilən ümumi ərazi 25 hektardır. Baş plana əsasən, burada 149 ev tikiləcək. Birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Fərdi evlər iki, üç, dörd və beş otaqdan ibarət olacaq. Qəsəbədə məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət, ictimai iaşə müəssisələri və s.), mədəniyyət evi, karvansara-hotel və icma evi də yaradılacaq. Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin