Azad olunan ərazilərdəki 3 məktəbdə bu il buraxılış imtahanları keçiriləcək

İşğaldan azad olunan ərazilərdəki 3 məktəbdə bu il buraxılış imtahanları keçiriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il azad olunan ərazilərdəki 3 məktəbdən məzunlar olacaq.

Qeyd edək ki, ötən tədris ilində Zəngilan rayonu Ağalı kənd orda məktəbində buraxılış imtahanı keçirilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin