Zəngilanda işçi qrupunun iclası keçirilir

Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir.

 

Modern.az-ın xəbərinə görə, iclasda Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi və işçi qrupun digər üzvləri iştirak edirlər.

 

Zəngilanda keçirilən iclasda Cəbrayıl rayonunda kəhrizlərin bərpası yolu ilə ətraf mühitin dayanıqlı inkişaf həlləri, Şərqi Zəngəzur iqtisadi rayonunun sosial-iqtisadi inkişafında ekoloji amillərin qiymətləndirilməsi, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşəçilik sahəsində görülmüş işlər, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması məsələləri müzakirə edilir.

 

Həmçinin Zəngilan və Cəbrayıl rayonlarının su təchizatı sistemləri, Şərqi Zəngəzur iqtisadi rayonunda yol-tikinti layihələri, ərazidə mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə ekoloji mühitin bərpası prosesi ərazi planlaşdırılması aspektləri, ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti haqqında məsələlər ətrafında müzakirə aparılır.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin