Daha 27 ailə Füzuli şəhərinə qayıdıb, mənzillərin açarları təqdim olunub

Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınan növbəti köç karvanın qarşılanma mərasimi olub.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Mərasim zamanı bu gün doğma yurda qayıdan daha 27 ailəyə (115 nəfər) açarlar təqdim edilib.

Bununla da Füzuli şəhərində 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin